Daşkəsən sakini həmyerlisi tərəfindən güllələndi

Daşkəsən sakini həmyerlisi tərəfindən güllələndi
SOSİAL
21:18 11.07.2018
4861
Daşkəsən sakini həmyerlisini güllələyib.

Azxeber.com Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonun Əmirvar kəndi ərazisində kənd sakini Sofi Məmmədov münaqişə zəminində sərxoş halda olan həmkəndlisi Elbəyi Məmmədovun istiqamətində atəş açıb. Nəticədə E.Məmmədov yüngül xəsarət alıb.

S.Məmmədov Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan müvafiq sənədləri olan "TOZ-16” markalı tüfəng götürülüb.
OXŞAR XƏBƏRLƏR