Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var

Daşkəsəndə binada qaz sızmasından partlayış olub, xəsarət alan var
SOSİAL
10:57 24.10.2024
228
Daşkəsəndə qaz sızmasından baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.

TƏBİB-dən AZXEBER.COM-a verilən məlumata görə, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü şəxs (kişi cinsli) (Sadıqov Nadir Telman oğlu) 24 oktyabr saat 05:45 radələrində yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

Məlumatda bildirilib ki, pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

06.21

Daşkəsəndə mənzildə qaz sızmasından partlayış olub.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Daşkəsən şəhərinin M.Əsədov küçəsində yerləşən yaşayış binasında qeydə alınıb.

Belə ki, sözügedən ünvada yerləşən 3 mərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində partlayış olub.

Nəticədə ev sahibi 52 yaşlı Nadir Sadıqov yanıq xəsarətləri alıb. O xəstəxanaya yerləşdirilib və vəziyyətinin ağır olduğu bildirilir.

İlkin məlumata görə partlayışa qaz sızması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
18:49 04.11.2026
Aİ Gürcüstanı üzvlük üçün kursunu dəyişməyə çağırıb
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
18:36 04.11.2026
NBC: Demokratlar Nümayəndələr Palatasında 258 yer qazana bilər
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
18:24 04.11.2026
KTMT Ermənistanı təşkilatda səsvermə hüququndan məhrum edə bilər
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
17:55 04.11.2026
TikTok-da maraqlı yenilik: Artıq bunu da etmək mümkün olacaq
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
17:37 04.11.2026
Trampın seçki məğlubiyyətinə Rusiyadan REAKSİYA
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
17:23 04.11.2026
Küləkli hava şəraiti ilə bağlı sarı XƏBƏRDARLIQ
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
17:14 04.11.2026
Uşaqpulu, aliment fondu, mənzil dəstəyi... – Deputatların illər ərzində səsləndirdiyi təkliflər
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
16:56 04.11.2026
Küsəndə geri dönməyən bürclər – Onların könlünü almaq çox çətindir!
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
16:47 04.11.2026
Rabitəbank Xankəndidə sahibkar üçün təlim keçirdi - FOTOLAR
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
16:46 04.11.2026
Fransada qan məhsullarının saxlandığı soyuducu anbarlara kiberhücum edilib
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
16:42 04.11.2026
Kişilər niyə qadınların işləməsinə qarşı çıxır? - VİDEOSORĞU
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
16:41 04.11.2026
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
16:40 04.11.2026
Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərib
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?
16:38 04.11.2026
Kənd məktəbləri bağlanmaq təhlükəsi ilə üz-üzədir – 223 milyonluq layihə nəyi dəyişəcək?