Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib

Daşkəsəndə bir neçə nəfər dəm qazından zəhərlənib
HADİSƏ
22:18 23.11.2024
555

Daşkəsəndə 4 nəfər dəm qazından zəhərlənib.

AZXEBER.COM-un məlumatına görə, rayonun Alunitdağ qəsəbəsində 1982-ci il təvəllüdlü S.Məmmədova, 1989-cu il təvəllüdlü A.Ələsgərova 13 yeniyetmə və 6 yaşlı uşaq dəm qazından zəhərlənib.

Zərərçəkənlərlərə tibbi yardım göstərilib. Onların vəziyyətləri qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR