Daşkəsəndə qadını vəhşicəsinə döydülər

KRİMİNAL
12:34 22.09.2015
2194
Daşkəsən rayonunda 19 yaşlı qadın döyülüb.
Kəpəz TV xəbər verir ki, ağır bədən xəsarətləri alan Rəmayə Əsgərli Gəncə şəhər TTYX-nın travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər xəstəyə başın, sifətin, hər iki yuxarı və aşağı ətrafın əzilməsi diaqnozu qoyublar. Zərəçəkmişə tibbi yardım göstərilib və hazırda vəziyyəti normal qiymətləndrilir. 19 yaşlı qadının dediyinə görə, onu tanımadığı şəxslər döyüblər.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR