"Daşnaksütyun": Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi

"Daşnaksütyun": Paşinyan matəmdən siyasi maraqları üçün istifadə etdi
DÜNYA
10:39 20.12.2020
1079
Baş nazir Nikol Paşinyan matəm elan edərək, bu gündən siyasi maraqları üçün yararlandı.

Bunu "Daşnaksütyun"un rəsmisi İşxan Saqatelyan deyib.

"Faktiki olaraq, o, "Yerablur”u (matəm yürüşünün keçirildiyi hərbi pantenonu-red) təhqir etdi. O, öz hakimiyyətinə, kreslosunun saxlanılmasına görə yenidən ölkəni sarsıntılara aparır. Artıq hamıya aydındır ki, bu insan üçün kreslo ölkəmizdən, bizim Vətənimizdən, daxili sabitlik və yekdillikdən əzizdir", - İşxan Saqatelyan deyib.

O, qeyd edib ki, baş nazir vətənin qurtuluşuna görə vəzifədən kənarlaşdırılmalıdır.

"Ölkəmizin iflasını dayandırmaq, dövlət strukturlarının çürüməsinin qarşısını almaq, dövlətin təhlükəsizliyini qorumaq, artan ictimai-iqtisadi kollapsın (fəaliyyətin dayanması-red) və humanitar faciənin qarşısını almaq lazımdır", - İşxan Saqatelyan əlavə edib.
OXŞAR XƏBƏRLƏR