Daşqın fəlakətə çevrildi: 120 nəfər öldü

Daşqın fəlakətə çevrildi: 120 nəfər öldü
DÜNYA
16:20 29.11.2023
192
Keniyada noyabrın ortalarından bu yana yağan güclü yağışların səbəb olduğu daşqınlarda həyatını itirənlərin sayının 120-yə yüksəldiyi bildirilib. 

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin və Milli Hökumətin katibi Raymond Omollo mətbuata açıqlamasında leysan yağışların səbəb olduğu daşqınlarda 120 nəfərin həyatını itirdiyini bildirib.

Omollo açıqlamasında deyib:

"Tana çayı, Qarissa, Vacir və Mandera da daxil olmaqla dörd rayon ən çox təsirlənənlər arasındadır. İsiolo, Samburu, Kvale, Homabay, Makueni, Tharaka Nithi, Lamu, Taita Taveta, Meru və Kisumu bölgələri yüksək risk zonasındadır”. 

Təbii fəlakətlə mübarizədə 11 nazirliyin birgə çalışdığını qeyd edən Omollo vətəndaşları daşqın bölgələrindən uzaq durmağa çağırıb.

Ayşən
OXŞAR XƏBƏRLƏR