Mütəxəssis davamlı öskürəyin səbəbini açıqlayıb.
Yuxarı tənəffüs yollarının infeksiyalarının tez-tez baş verdiyi indiki vaxtda hamı öskürəkdən gileylənir.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qulaq-burun-boğaz mütəxəssisi dr. Məzhar Çelikoyar bunun səbəblərini və həll yollarını açıqlayıb.
Həkimin sözlərinə görə, qışda və yazda tənəffüs yolları infeksiyaları səbəbindən öskürək yaranması halları kifayət qədər çox olur. Qripdən, zökəmdən başlayaraq, sətəlcəm, bronxit, laringit, otit, eləcə də digər tənəffüs yolu problemləri öskürək yarada bilir.
O bildirib ki, allegiyalar da xroniki öskürək yaradır. Öskürəklə yanaşı asqırma, burundan axıntı, gözlərdə sulanma allergik reakisyalardan xəbər verir.
Məzhar Çelikoyar deyir ki, öskürək səbəblərindən biri də reflükslərdir (mədə, mədəaltı vəz şirəsi və öd qarışığından ibarət onikibarmaq bağırsaq möhtəviyyatının qida borusuna geriyə qayıtması).
Mütəxəssis siqaret çəkən şəxslərdə öskürən zaman yaranan dəyişikliklərə mütləq diqqətlə yanaşmağı tövsiyə edib. Həkim davamlı öskürəyin səbəblərindən ən əsasının siqaret olduğunu bildirib.
Ayşən