David Kopperfild azyaşlıları cinsi istismarda günahlandırılır

David Kopperfild azyaşlıları cinsi istismarda günahlandırılır
DÜNYA
13:18 17.05.2024
168
16 qadın illüziyaçı Devid Kopperfildi cinsi təcavüzdə ittiham edib.
 
AZXEBER.COM xarici mətbuata əsasən xəbər verir ki, 67 yaşlı illüziyaçı Devid Kopperfildin istismar etdiyi iddia olunan qızların yarıdan çoxu o zaman azyaşlı idi.
 
Qeyd edək ki, təcavüz iddiaları 1980-ci illərin sonundan 2014-cü ilə qədər olan zamanı əhatə edir. İddiaları irəli sürən qadınların bəzilərinin o zaman cəmi 15 yaşı var idi.
 
Kopperfieldi günahlandıran ən azı üç qadın, istismardan öncə şəxsin onlara narkotik maddələr verdiyini də iddia ediblər.
 
Devid Kopperfildin vəkilləri onun yeniyetmə qızı tanıdığını inkar etməsələr də, münasibətlərin qanuni olduğunu və qızın azyaşlı olmadığını iddia ediblər. 
 
Aysel
OXŞAR XƏBƏRLƏR