Ermənistanın dünən saxlanılan keçmiş müdafiə naziri David Tonoyan evə buraxılıb.
AZXEBER.COM "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə məlumatı "InfoPort.am” yayıb.
Məlumata əsasən, məhkəmə Tonoyanı heç hara getməməsi şərti ilə azadlığa buraxıb.
Bildirilir ki, Ermənistanın Milli Təhlükəsizlik Xidməti David Tonoyanın həbsi ilə bağlı məhkəməyə vəsatət verib.