Davudoğlu: "Ankara terrorunun arxasında duran əsas qüvvə İŞİD-dir"

DÜNYA
12:20 17.10.2015
1308
Türkiyənin paytaxtı Ankarada törədilən dəhşətli terror aktından bir həftə ötməsiylə bağlı danışan baş nazir Əhməd Davudoğlu deyib ki, terroristlər xaos mühiti yaratmaq istəyirdilər: "Mitinglərimizi təxirə saldıq. Matəm elan etdiyimiz üç gündə mitinqlərimizdə hər hansı bir coşğu içərisində olmadım. Vədlərmiz saymadım. Ağrını paylaşan bir mitinq atmosferi Davudoğlu terrorun mümkün təşkilatçılarından danışaraq deyib ki, hazırda cinayətin arxasındakılar araşdırılır: "İstintaq ciddi bir şəkildə dərinləşdirilir. Bağlantılar da çox ciddi bir şəkildə ortaya çıxır. Buz dağının görünən üzü ilk anda ortaya çıxdı. Oradan da başqa əlaqələrə çatmaq üçün sıx səy sərf edilir. Hadisənin seyri ilə detallarını bilirik, ancaq istintaqın salamatlığı baxımından açıklamırıq. Bu hadisənin içində İŞİD əsas aktyordur. Məmləkətdə xaos havası meydana gətirirlər. Vaxtından əvvəl edilən bir xəbər səbəbiylə hadisənin aktyorlarından biri qaçdı".
Baş nazir bildirib ki, əsgər və təhlükəsizlik qüvvələri demokratik yolla seçilmiş hökumətin əmrindədir. Bu vətən coğrafiyasının hər kvadrat santimetrində hakimik. Aparılan əməliyyatlar son dərəcə müvəffəqiyyətlidir. PYD və PKK-nın içində başqa ölkələrin kəşfiyyat ünsürləri var. 28 Mayda PKK, İŞİD və rejim ünsürləri bir araya gəlib. Hamısının iç-içə keçdiyi terror təhdidi ilə qarşı-qarşıyayıq. Bəziləri Türkiyənin nə olmasını, nə də ölməsini istəyir".
OXŞAR XƏBƏRLƏR