Davudoğlu: "Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib"

Davudoğlu: "Ermənistan Rusiyanın dəstəyi ilə Azərbaycan torpaqlarını işğal edib"
SİYASƏT
17:20 15.02.2016
2584

"SSRİ dövrünü canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr verməyəcək"

Ukraynada rəsmi səfərdə olan Türkiyənin baş naziri Əhməd Davudoğlu Kiyevdə həmkarı Arseni Yatsenyukla birlikdə mətbuat konfransı keçirib.
APA-nın xəbərinə görə, Ukrayna televiziyaları tərəfindən canlı yayımlanan mətbuat konfransında hər iki baş nazir Rusiyanın siyasətini kəskin tənqid edib. Ə. Davudoğlu Rusiyanı beynəlxalq hüquq normalarını pozmaqda günahlandırıb: "Hazırda Rusiya 3 ölkədə işğalçı durumundadır - Ukrayna, Gürcüstan və Suriya. Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi də Rusiyanın dəstəyi ilə baş verib".
Ə. Davudoğlunun fikrincə, Rusiyanın Ukraynadakı əməllərinə beynəlxalq aləm lazımi reaksiyanı versəydi, Rusiya bəlkə də Suriyaya girməyə cəsarət etməzdi: "Bu gün Rusiyanın istər Ukraynaya qarşı yol verdiyi, istərsə də Suriyada ortaya qoyduğu aqressiv siyasətə qarşı Ukrayna ilə ortaq mövqedəyik. Ukrayna təkcə bizə qonşu olan ölkə deyil, həm də bizim strateji ortağımızdır. Türkiyə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və Krımın ilhaqını rədd edir. Krım tatarların ana yurdudur. 1944-cü ildə zülmə məruz qalaraq torpaqlarından deportasiya edilən tatarların hüquqlarını müdafiə etməkdən məmnunluq duyuruq. Krım Ukraynanın bir hissəsidir".
Ə. Davudoğlu Rusiya bombardmanları nəticəsində Suriyada çoxlu sayda qadın və uşaqların öldüyünü vurğulayıb. O, SSRİ-nin vaxtilə Əfqanıstanda üzləşdiyi aqibəti xatırladaraq Rusiyanın da Suriyadakı aqibətinin buna bənzəyəcəyini söyləyib: "Rusiya rəhbərliyinə demək istəyirik ki, artıq Sovetlər İttifaqı dövrü bitib. Həm də 25 il əvvəl bitib. O dövrü təkrar canlandırmağa çalışmaq Rusiya üçün xeyirli nəticələr doğurmaz. Bu, rus xalqının da qəbul etmədiyi bir şeydir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Messi və Suares futbol klubu təsis ediblər
02:50 28.05.2025
Messi və Suares futbol klubu təsis ediblər
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
02:27 28.05.2025
Görmək istədiyimiz Azərbaycan efirləri - Hacıbəy Heydərli yazır
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
01:49 28.05.2025
KİV: İsrail və Suriya bir neçə dəfə danışıqlar aparıb
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
00:48 28.05.2025
İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik