Daxili işlər nazirinin müavini: “Yanğın baş verən ərazi tam mühafizə olunub”

Daxili işlər nazirinin müavini: “Yanğın baş verən ərazi tam mühafizə olunub”
SOSİAL
13:12 26.03.2019
4892
"Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.

Bunu "Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib. 

Nazir müavini bildirib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.

Qeyd edək ki, bu gün səhər saatlarında paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində "Diqlas" Ticarət Mərkəzində güclü yanğın baş verib.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürmə briqadaları və 3 helikopter cəlb edilib.

Yanğın davam edir.
OXŞAR XƏBƏRLƏR