Daxili İşlər Nazirliyi 51 cinayətin üstü “isti izlər”lə açdı

KRİMİNAL
11:12 04.02.2021
705
Daxili İşlər Nazirliyi 2021-ci il fevral ayının 3-də daxili işlər orqanlarında qeydə alınan cinayət və hadisələrinin statistikası haqqında məlumat yayıb. 

Nazirliyin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, gün ərzində törədilmiş 51 cinayətin üstü "isti izlər”lə açılıb. 

Əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.  

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 12 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 
Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.    

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. 

Cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb. 

Sevinc Yasinqızı

OXŞAR XƏBƏRLƏR