Daxili İşlər Nazirliyi dünən Gəncədə baş verən insidentlə bağlı məlumat yayıb.
AZXEBER.COM-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 23-də saat 11 radələrində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Əflatun Abdıyev qeyri-rəsmi nikah münasibətlərində olduğu həmyerlisi Gülnar Nəbiyevanın Dədə Qorqud küçəsində yaşadığı mənzilə gəlib və aralarında baş vermiş mübahisə zəminində qumbara partladacağını bildirib.
Görülmüş tədbirlər nəticəsində Ə.Abdıyev 1 ədəd “F-1” qumbarasını təhvil verərək təslim olub.
Faktla əlaqədar Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.