Dayanacaqlardakı terminallar nə vaxt düzələcək? - VİDEO

Dayanacaqlardakı terminallar nə vaxt düzələcək? - VİDEO
SOSİAL
17:37 04.08.2016
1441
"Bu problem aradan qaldırılacaq"
Bakının nəqliyyat sistemi ilə bağlı hazırlanan yeni konsepsiya çərçivəsində nəhayət dayanacaqlardakı informasiya terminallarının işi də təkmilləşdiriləcək. Çünki hazırkı vəziyyətdə bu cihazlardakı məlumatlar yalnız çaşqınlıq yaradır.
Ofeliya Hüseynova - sakin: "Ehtiyac duymuşam, maraqlanmışam, ancaq hansı terminala yaxınlaşmışam, heç biri işləməyib".
Zoya Əliyeva - sakin: "Çox vaxt işləmir. İstifadə etmək istəsən də, işləmir".
Mövcud vəziyyətlə paytaxtın bütün avtobus dayanacaqlarında rastlaşmaq mümkündür. Dayanacaqlardakı avtobus terminallarının işləməməsinə səbəb enerji daşıyan kabellərin sıradan çıxmasıdır.
Bakı Nəqliyyat Agentliyinin rəsmisi Nuridə Allahyarova bildirir ki, agentlik bu vəziyyətdən xəbərdardır. Problemin həllinə gəlincə isə, oktyabrda qəbul ediləcək Bakının nəqliyyat konsepsiyası bütün çətinliklərin aradan qaldırılmasına hesablanıb.
Nuridə Allahyarova - Bakı Nəqliyyat Agentliyinin şöbə müdiri: "Bütün tələblər həmin konsepsiyada yer alıb. Bu problem aradan qaldırılacaq. Sözügedən terminallarda mütəmadi olaraq avtobusların gəlib-getmə vaxtları olacaq".
Agentlik rəsmisi bildirir ki, işlək vəziyyətdə olan terminallarda məlumatların düzgün əks olunmaması yeni avtobusların bu sistemə tam inteqrasiya etməməsi ilə bağlıdır. Gələcəkdə həmçinin mobil telefon vasitəsi ilə alternativ və bağlı yollar haqqında məlumatların verilməsi planlaşdırılır.
Avtobusların kart sisteminə keçidi məsələsinə gəlincə artıq sentyabrın 1-dən Bakıda daha 6 marşrutda ödəniş nağdsız olacaq. Bakı Nəqliyyat Agentliyi mərhələli formada paytaxtın bütün avtobuslarının bu sistemə qoşulması üzərində iş aparır. (Region TV)
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
23:10 04.03.2026
Leyla Əliyeva Bakıda Uşaq Klinik Xəstəxanasını ziyarət edib - FOTOLAR
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
23:03 04.03.2026
Leyla və Arzu Əliyevalar iftar mərasimində - FOTOLAR
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
22:56 04.03.2026
Maka Boçorişvili: Orta Dəhlizi nəzərə almamaq və görməmək mümkün deyil
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
22:44 04.03.2026
İran dost ölkələrin gəmilərinə Hörmüzdən keçməyə icazə verdi
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
22:33 04.03.2026
Nəqliyyat vasitələrinə inzibati cərimə borcu alan şəxslərə XƏBƏRDARLIQ - VİDEO
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
22:27 04.03.2026
Böyük Britaniya Makronun nüvə silahı ilə bağlı təkliflərini dəstəkləyib
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
22:18 04.03.2026
“Hər kəs mənim Qənimət Zahidi məhkəməyə verib, qələbə qazanmağımdan presedent kimi bəhrələnməlidir”
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
21:58 04.03.2026
Qətərdəki 200 Azərbaycan vətəndaşının Səudiyyə Ərəbistanı ərazisindən təxliyəsi planlaşdırılır
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
21:54 04.03.2026
Ciddə şəhərindən 193 Azərbaycan vətəndaşı təxliyə edilib
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
21:45 04.03.2026
Bütün İraq ərazisində elektrik verilişi dayandırıldı
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
21:43 04.03.2026
Pezeşkianın qonşu ölkələrin rəhbərlərinə müraciəti
Şəhid atası dünyasını dəyişdi
21:27 04.03.2026
Şəhid atası dünyasını dəyişdi
Bakıda 87 yaşlı kişinin meyiti tapıldı
21:18 04.03.2026
Bakıda 87 yaşlı kişinin meyiti tapıldı
İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib
21:06 04.03.2026
İsrail İranın Tehrandakı hərbi kompleksinə genişmiqyaslı zərbə endirib
İrandan Azərbaycana 1200-dən çox xarici vətəndaş təxliyə edildi
20:58 04.03.2026
İrandan Azərbaycana 1200-dən çox xarici vətəndaş təxliyə edildi
Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü
20:55 04.03.2026
Mingəçevirdə işçini elektrik cərəyanı vuraraq öldürdü