Dayısı qızını 2 dəfə qaçırıb, 2 dəfə həbs olunan Namiq: "Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacam"

Dayısı qızını 2 dəfə qaçırıb, 2 dəfə həbs olunan Namiq: "Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacam"
SOSİAL
14:12 18.06.2020
3793

ARB TV-nin"Rezonans”proqramında bu dəfə İmişli rayonunun Əlipənahlı kəndində anadan olanHəsənov Namiq Arzuman oğlu öz həyat hekayəsini danışıb.

AZXEBER.COM xəbər verir ki, Həsənov Namiq Arzuman oğlu deyib. 

"Atam, anam qocalıb. Onlar məndən soruşdu ki, kiminlə ailə qura bilərsən? Mən də anama dedim ki, qardaşın qızı ilə ailə qura bilərəm. Qız da razı idi. Mən də götürüb qaçdım, dayımın həyat yoldaşı məni tutdurdu. Məni 4 il azadlıqdan məhrum etdilər. Baxmayaraq ki, hər iki tərəf bu izdivacdan razı idi. Lakin son anda dayım qızı fikrindən daşındı və dedi ki, məni zorla qaçırıb. Ona görə həbs olundum.

Həbsdən çıxandan sonra barışdıq, dayımın yoldaşı dedi ki, qız sənindir. Sənə görə qızı heç kimə verməmişəm. Dedi ki, ev-eşik düzəlt, qızı götür apar. Gözüm dayım qızını tutmuşdu, ona görə də getdim Rusiyaya ki, özümə şərait qurum, pul qazanım. Əti də, qanı da özümüzünküdü deyə gözüm ondan başqasını görmədi. Orda rus qızları da var idi, azərbaycanlı qızlar da var idi. Rusiyadan pulla gəldim, özümə ev-şərait qurdum. Gələndə qızıl saat, sep, telefon da gətirmişdim. Qız özü məni məcbur elədi ki, anam yoxdu, gəl qaçaq. Mən də qaçırtdım. Sonra gəldim şöbəyə, dayımın arvadı dedi ki, mənə deməmiş niyə qızı qaçırtmısan? Məni yenə həbs elədilər, bu dəfə 7 il. Sonra peşman oldum ki, gərək ağsaqqal, ağbirçəklə elçi gedərdik, el adəti ilə toy edərdik.

Amma indi peşman deyiləm, çünki dayım qızı demişdi ki, mənlikdir, gəl qaçaq. Mən də onun dediyi kimi etdim, peşman deyiləm. İndi də məktublaşırıq, o günü yanıma da gəlmişdi. Özünə də dedim ki, yalnız mən öləndən sonra sən başqası ilə ailə qura bilərsən. Nə qədər ki, mən sağam, mən həbsdən çıxandan sonra sən mənim ailəmsən.

Həbsdən çıxandan sonra el adəti ilə o qızı alacam. Ağsaqqal göndərəcəm ki, nə edirlər etsinlər, o qızı mənə alsınlar. Düzdür, onlar da əsəbiləşiblər, bizimkilər də əsəbiləşiblər. Hətta onlar barışmaq istədilər, mənim ailəm barışmadı onlarla ki, oğlumizi 7 il həbs elətdirmisiniz.

Mən özümü geridəqalmış bir insan kimi hiss edirəm. Çünki, mənim də ailəm olmalıdır, mən də hamı kimi yaşamalıyam, mənim də uşaqlarım olmalıdır. Burdakı məhbusların yanına ailələri, uşaqları gələndə mən onlara baxıb alçalıram.

Həbsxanadan çıxandan sonra dayım qızını mən el adəti ilə verməsələr, daha edəcək heç nə yoxdur. Ancaq onunla o dünyada görüşəcik”.


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
14:17 16.09.2025
“Bu Avropa İttifaqı ölkələri üçün fəlakət ola bilər” - Deputat
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
14:13 16.09.2025
Azərbaycan və BƏƏ prezidentlərinin təkbətək görüşü olub
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
14:12 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinin Şuşada rəsmi qarşılanma mərasimi olub - FOTOLAR
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
13:51 16.09.2025
Hava ilə bağlı xəbərdarlıq edildi - Yağış və sulu qar yağacaq
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
13:41 16.09.2025
Azərbaycan və BƏƏ prezidentləri Şuşanın Daşaltı kəndinin fonunda şəkil çəkdiriblər - FOTOLAR
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
13:38 16.09.2025
“Nəticədən asılı olmayaraq qurban kəsəcəm” - Deputat “Benfika” - “Qarabağ” matçı haqda danışdı
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
13:36 16.09.2025
İmtahanlarda ən aşağı nəticələrin olduğu fənnlər AÇIQLANDI
Sentyabrın 21-də Günəş tutulması olacaq
13:30 16.09.2025
Sentyabrın 21-də Günəş tutulması olacaq
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
13:20 16.09.2025
Nəsimi rayonunda yük avtomobilindən oğurluq edən şəxs saxlanılıb
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
13:07 16.09.2025
Fatimə Nazilənin iddiaları haqda danışdı: "Xəbərsizəm"
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
12:52 16.09.2025
"Uğur yalnız işləməklə deyil, həm də özünə qayğı göstərməklə gəlir" - Nərgiz Babayeva
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
12:48 16.09.2025
Vəkil olmaq istəyənlərin nəzərinə - Qanun dəyişir
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
12:45 16.09.2025
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Füzuliyə gəlib - FOTO
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
12:22 16.09.2025
Prezident və Birinci xanım Hacı Murad Yegizarovla vida mərasiminə əklil göndəriblər
Nazpəri Dostəliyeva: Onun məzarına  gəlməyi özümə borc bildim
12:14 16.09.2025
Nazpəri Dostəliyeva: Onun məzarına gəlməyi özümə borc bildim
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"
12:10 16.09.2025
"Paşinyanın fikirləri tamamilə həqiqətə uyğundur, Ermənistan ordusu Azərbaycan ilə müqayisə oluna bilməz"