Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR

Dəbdəbəli toyla gündəm olan “Vanlı Kara Haydar”ın həyat yoldaşı ilə bağlı YENİ QƏRAR
DÜNYA
13:03 14.09.2026
130
Dəbdəbəli toyu ilə gündəmə gələn "Vanlı Kara Haydar” kimi tanınan Mehmet Fatih Tançalanın həyat yoldaşı Çağla Öz Tançalan məhkəməyə göndərilib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, "cinayət yolu ilə əldə edilmiş əmlak dəyərlərinin yuyulması” ittihamı ilə həbs edilən Mehmet Fatih Tançalanın sosial media fenomeni olan həyat yoldaşı Çağla Öz Tançalan polis idarəsindəki prosedurlar başa çatdıqdan sonra məhkəməyə sövq edilib.

İstintaq çərçivəsində cütlüyün əmlakı, dəbdəbəli həyat tərzini əks etdirən sosial media paylaşımları, eləcə də toyda nümayiş etdirilən böyük miqdarda qızıl, xarici valyuta və pulun mənbəyi araşdırılır.
 
Gülay
OXŞAR XƏBƏRLƏR