90-cı illərdən indiyədək eyni ildə bir belə “vor zakon” adı alan olmamışdı.
2014-cü ilin bitməyinə hələ xeyli var.
AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, ancaq kriminal aləm bu il bir neçə rekorda imza atıb. MDB kriminaliteti bu il 15 nəfəri taclandırıb. Yəni 90-cı illərdən indiyədək eyni ildə bir belə “vor zakon” adı alan olmamışdı.
Məsələ ondadır ki, mərhum “Ded Xasan”ın klanı ilə Taro, Merab və Rövşən Lənkəranskinin tərəfdaşları yeni müharibəyə hazırlaşırlar. Hər iki tərəf öz sıralarını yeni “qanuni oğru”larla gücləndirir.
Qeyd edək ki, 90-cı illərin ortalarında baş verən müharibələrdə 200-dən artıq “qanuni oğru” öldürülmüşdü. “Vor zakon” adını almayan, ancaq avtoriteti olan şəxslərdən ölənlərin sayı isə 1500-ü keçmişdi. Sıravi cinayətkarlardan isə güllələnən, maşında partladılan, bıçaqlananların sayı-hesabı bilinmirdi.
Öldürülən oğrular dəbdəbəli məzarlarda dəfn edilirdi. “Vor zakon” məzarlarının fotolarını təqdim edirik.
![](/file/pic/xeber/2014-09-23/54149.jpg)
![](/file/pic/xeber/2014-09-23/54150.jpg)
![](/file/pic/xeber/2014-09-23/54151.jpg)
![](/file/pic/xeber/2014-09-23/54152.jpg)
![](/file/pic/xeber/2014-09-23/54153.jpg)
![](/file/pic/xeber/2014-09-23/54154.jpg)
![](/file/pic/xeber/2014-09-23/54155.jpg)
![](/file/pic/xeber/2014-09-23/54156.jpg)
![](/file/pic/xeber/2014-09-23/54157.jpg)
![](/file/pic/xeber/2014-09-23/54158.jpg)