Ded Xasan "klanı"nın üzvü olan azərbaycanlı həbs edildi

KRİMİNAL
14:46 15.11.2013
1902

Polis əməkdaşları onun xidməti kabinetindəki seyfə baxış keçirdikləri zaman oradan kiçikçaplı AKS- 74U avtomat silahı və 30 patron aşkar edərək götürüblər.

AZXEBER.COM-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, Rusiya Federasiyasıyasının hüquq-mühafizə orqanlarının əməkdaşları Moskva vilayətində yerləşən mebel fabrikinin ölkənin kriminal aləminin avtoritetləri ilə əlaqədə olan sahibini saxlayıblar.Aparılan axtarışlar zamanı ondan Kalaşnikov avtomatı, patronlar və 60 qram heroin müsadirə edilərək götürülüb. Məlumatı Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi yayıb. Axtarışlar Pravdinskiy qəsəbəsində aparılıb.Əldə edilən operativ məlumatlara görə, saxlanılan şəxs cinayət aləmində “Onik” və Valera Tbilisskiy” adları ilə tanınan “qanuni oğrular”ın qohumu və üstəlik, “Ded Xasan ailəsi” nin üzvüdür.Azərbaycan əsilli 41 yaşlı avtoritet zaminə buraxılıb.

OXŞAR XƏBƏRLƏR