"Dedi ki, bərk qucaqlama, ağrıyıram" - Faiq Ağayev

"Dedi ki, bərk qucaqlama, ağrıyıram" - Faiq Ağayev
ŞOU-BİZNES
14:04 14.11.2013
2076
"Qucaqlayıb üzündən öpdüm"
“Əlimin duzu var. Yaxşılığımı İradə İbrahimova, Vasif Məhərrəmli kimi müğənnilər unutmayıb. Bununla belə etdiklərimi xatırlamayanlar da var.Belələri öztaleləri qarşısında cavab verəcəklər”.Bu sözləri xalq artisti Faiq Ağayev “Pərdə” verilişinə açıqlamasında deyib: “Mənə qarşı edilən yaxşılıqları danmıram. Hər zaman buna görə təşəkkür edirəm”. Xalq artisti Aygün Kazımovadan danışan F.Ağayev ona olan məhəbbətini etiraf edib:
“Bu yaxınlarda məclisdə Aygün xanımla görüşdük. Qucaqlayıb üzündən öpdüm. Qulağıma dedi ki, bərk qucaqlama, ağrıyıram. Bütün mahnılarını mənə xitabən oxudu, onun bekvokallığını etdim. Aygünü çox sevirəm. Əgər insanın içində kiməsə qarşı məhəbbət varsa, ona heç kim və heç nə mane ola bilməz. Çox peşəkar və çalışqan həmkarımdır”.Faiq Ağayev gələcəkdə sənətçiylə birgə oxuyacaqlarını da istisna etməyib: “Əgər təklif gəlsə, gözəl mahnı olsa, məmnuniyyətlə, böyük zövqlə Aygünlə duet səsləndirərik”.(axsam.az)
OXŞAR XƏBƏRLƏR