AZXEBER.COM xəbər verir ki, həmin qadın "Baku TV”yə danışıb.
Bildirib ki, evini kirayə verdiyi üçün uşağın anası orada qalmaq istəyini deyib, sənəd gətirmək adı ilə övladını qadının yanında qoyub və sonra geri dönməyib:
"Bir həftə əvvəl bir gəlinlə bir oğlan gəldi. Dedilər ki, evinizi kirayə verirsiniz? Dedim verirəm, amma sənədlərinizi gətirin. Dedilər, ay xala, bu axşam yerləşək, sabah gətirəcəyik. Sabah oldu getdilər. Dedim uşağı aparırsınız? Dedi, xala, tez qayıdacağıq, soyuqdur aparmayaq. Uşaqdan muğayət olun, qayıdıram. Tapşırdı, mən də müsəlmanlığımı yerinə yetirdim”.
Qadın bildirib ki, 1 sutka həmin şəxslərə edilən zənglər cavabsız qalıb. Ev sahibi bundan sonra polisə məlumat verib.
Qeyd edək ki, körpə xəstəxanaya yerləşdirilib.
Ətraflı videomaterialda:










































