13:06 Bazar Günü, 21 Aprel 2019
Maqazin

"Dedilər ki, Afaq ana deyil, yalandan ağlayır, şou edir"

16:22, 15.04.20193297

Aparıcı Afaq Gəncəli keçmiş həyat yoldaşından danışıb.

AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, "Söhbətsiz" verilişinin qonağı olan Afaq sevmədən ərə getdiyini etiraf edib:

"20 yaşım var idi, deyirdilər ki, səni sevir, bundan artıq kim səni sevəcək? Çox sevildim, qarşılığında böyük hörmət etdim. Türk vətəndaşı idi, 23 yaşında onla ailə qurdum. Onu sevmədim, amma hörmətim var idi. İndiyənə qədər o, insanın ailəsi, völadları, valideynləri ilə gözəl münasibətdəyik. Qarşılıqlı anlaşma ilə ayrıldıq, dava-dalaş olmadı".

Afaq həyatında heç kim olmadığını deyib:

"Tanınmış simaların bir çoxları oturuşumuz, duruşumuz, nə yeyib-içirik, rəqs edirik telefonlardadır. Heç kim kiminsə dostumuz olduğunu başa düşmürlər. Qardaşımla video qoydum, dedilər, sevgilisidir. Ona görə də biz ya qapalı yerə gedirik, ya da evə qaçırıq. Deyirlər ki, bunun nəsə əmması var. Ona görə də bizdə alınmır. "Gülü sevən, tikanınına dözər" deyirlər. Amma gülü sevən yoxdur".

-->
XƏBƏR LENTİ