Dəhşət: 15 yaşlı bacılarını gözəl olduğu üçün doğradılar - FOTO

DÜNYA
12:44 03.10.2014
12808
“Hər kəs səni gözəl hesab edir, ancaq işimizi bitirdikdən sonra elə də gözəl görünməyəcəksən”.
Argentinada 15 yaşlı Culiya Alvarezin bacıları onun gözəlliyini qısqandıqları üçün üzünü doğrayıblar.
AZXEBER.COM-un məlumatına görə, Ailem.az xarici mətbuata istinadən xəbər verir ki, Culiya Alvarezin üzü və bədəninin müxtəlif yerləri qısqanc bacıları tərəfindən kəsilərək tanınmaz hala salınıb.
Bacıları Culiyanı qatil uşaq “Chucky”ə bənzəməsi üçün kəsiblər.
Bacılar Culiyanı yumruq, təpiklə döyərək “hər kəs səni gözəl hesab edir, ancaq işimizi bitirdikdən sonra elə də gözəl görünməyəcəksən. Hamı sənə “Chucky” deyə səslənəcək” deyib.
Alvarezin digər bacısı isə deyib ki, onlar Culiyanı həmişə qısqanıblar: “Həmişə onu incidirdilər, ancaq bu qədər irəli gedəcəklərini düşünmürdüm. Ailəmizi məhv etdilər. Culiya intihar etmək istəyir, çox qorxuruq”.
OXŞAR XƏBƏRLƏR