DƏHŞƏT:- Kişi arvadını atası ilə evləndirdi

DƏHŞƏT:-  Kişi arvadını atası ilə evləndirdi
DÜNYA
14:45 18.11.2013
2791
Türkiyənin Adana şəhərində baş verən hadisə hər kəsi şoka salıb.2 uşaq anası olan qadın qayınatası ilə pula görə evlənib.
AZXEBER.COM-un ANSPRESS saytına istinadən verdiyi məlumata görə, iki uşaq anası olan qadın qayınatası ilə evlənib.Belə ki, 39 yaşlı qadın özündən 46 yaş böyük qayınatasına ərə gedib. Lakin daha sonra evliliyinin ləğvi üçün açdığı iddiada qərar verilməyib. Məhkəmə, nikahdan 4 ay sonra 85 yaşında vəfat edən qayınatasının psixoloji vəziyyətinin araşdırılmasını istəyib.Qayınata Səlahəddin Özgen həyat yoldaşı Semiha 1997-ci ildə öləndən sonra tək yaşamağa başlayıb. 1999-cu ildə evi yanıb, özü iflic olan Səlahəddin Özgenin kiçik oğlu 60 yaşlı Bahadır Özgen atasının təqaüdçü maaşını ala bilmək üçün nikahsız yaşadığı ikinci həyat yoldaşı Günnuru atasıyla rəsmi nikahla evləndirib. Ruhi problemi olduğu deyilən Səlahəddin Özgen gəlini Günnurla evləndikdən 4 ay sonra ölüb.Gəlin-qayınata evliliyindən sonra ölən adamın uşaqları arasında mübahisə yaranıb. Bu evliliyi qəbul edə bilməyən və ailəlikcə təhqir olduqlarını deyən qardaşlardan 64 yaşlı Saleh Arpat Özgen 2001-ci ildə “Evliliyin etibarsız olduğunun təsbiti və ləğvi” istəyi ilə iddia açıb.Saleh Arpat Özgen ərizəsində qardaşı arvadı Günnurun saxta sənəd və sənədlərlə iflic atasıyla evləndirildiyini iddia edib.“Qardaşım Bahadır nikahsız yaşadığı 2 uşağının anası Günnuru varisi edə bilmək üçün iflic olan atamla qanuna zidd şəkildə evləndirib. Bu evlilik ailəmizi təhqir edib” - deyə Saleh Arpat Özgen bildirib. Qayınatası ilə təqaüdçü maaşı üçün evləndiyi iddia edilən Günnur Özgen vəkili vasitəsilə məhkəməyə verdiyi ərizəsində həyat yoldaşı Bahadırın nikahsız arvadı olduğu üçün qayınatası ilə evləndirildiyini deyib.
OXŞAR XƏBƏRLƏR