"Dəhşətə gəldim ki, azyaşlı qızlar canlı açıb nələr edirlər" - Tanınmış müğənni "Tik-Tok"dakılara etiraz etdi

"Dəhşətə gəldim ki, azyaşlı qızlar canlı açıb nələr edirlər" - Tanınmış  müğənni "Tik-Tok"dakılara etiraz etdi
MAQAZİN
18:56 09.12.2023
589
"Yenicə o şəbəkəyə qatılmışam ki, adıma açılan saxta profillərə baxım. İlahi, orada nələr baş verir?"

AZXEBER.COM xəbər verir ki, bu sözləri bir ay öncə"TikTok" sosial şəbəkəsinə qatıldığını deyən İbrahim Borçalı "ARB" televiziyasında "Səni axtarıram" verilişində bildirib. 

Gördüklərindən narahatlıq duyduğunu dilə gətirən müğənni, "TikToku" uçurum adlandırıb:

"Adıma açılan saxta profillərə baxmaq və verilişləri, toyları paylaşmaq üçün təzəcə ora qatılmışam. Gecələr yuxu yatmıram. Deyirəm baxım orada nə var, nə yox? İlahi, orada nələr baş verir? 14, 15, 16 yaşlı qızlar canlıda nələr danışır? Özlərini necə aparır? Dəhşətə gəlirəm. Bunlara xalxın balaları baxır. Qanun olmalıdır, bunları bir başa tutmalıdırlar. Çox əsəbiləşirəm. Bu qədər abırsızlıq olar?  Nədir ki, pul atsınlar, hədiyyə atsınlar. Bu cəmiyyətimizi uçuruma aparır. Fürsət düşmüşkən demək istədim".

Aysel
OXŞAR XƏBƏRLƏR