Suriya paytaxtının ətrafında avtomobil partladılıb, nəticədə 10 nəfər ölüb, 60-dək insan yaralanıb.
Partlayış Dəməşqin cənub-şərqində yerləşən Caramana rayonunda baş verib. Bu rayonun əhalisin əksəriyyətini druzlar və xristianlar təşkil edir. Ölənlər arasında uşaqların da olduğu bildirilir.
Qeyd edək ki, adıçəkilən rayonda iyulun sonunda törədilmiş partlayış nəticəsində 7 nəfər ölüb, 62 nəfər isə yaralanmışdı.