Dəhşətli hadisə: Gənc oğlan əvvəl sevgilisini öldürdü, sonra isə...

Dəhşətli hadisə: Gənc oğlan əvvəl sevgilisini öldürdü, sonra isə...
DÜNYA
13:45 02.12.2022
314
Türkiyənin Beylikdüzün ərazisində bir evdə Məhəmməd Yusuf T. mübahisə etdiyi sevgilisi Duyğu U.-nu tapança ilə öldürərək intihar edib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, polis hadisə zamanı evdə olan Məhəmməd Yusuf T-nin anası və qardaşından ifadə alıb. Hadisəni izah edən məhəllə sakini "Oğlan qıza deyir ki, məni istəmirsən niyə gəlmisən?” sonra qızı güllələyir və vurulur”.

Bu gün səhər saat 10.30 radələrində Kavaklı Məhəlləsində bir binanın üçüncü mərtəbəsindəki mənzildə sevgilisi Duygu Forgetzi tapança ilə öldürən Muhammet Yusuf Tekinin intihar etdiyi iddia edilib. Yuxarı mərtəbədən atışma və qışqırıq səslərindən sonra qonşular polisə xəbər veriblər.

Polis qrupları araşdırma zamanı hadisə yerində 1 ədəd boş patron aşkar edərkən, Muhammet Yusuf Tekinin anası və böyük qardaşı ifadələrini almaq üçün polis bölməsinə aparılıb. Hadisə ilə bağlı istintaq davam edir.

O, sevgilisini öldürərək intihar edib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR