Dənizkənarı qəsəbədə istirahət edən 34 yaşlı gənc qadını ildırım vurub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə Kolumbiyanın Kartaxena şəhərində baş verib.
Tətilə getdiyi çimərlikdə mənzərənin, dənizin və qumun ləzzətini almaq istəyən Froilanis Maireth Rivas Roman dəhşətli şəkildə ölüb.
Təhlükəsizlik kameralarına anbaan düşən görüntülərdə qadının ildırım vurduqdan sonra yıxıldığı görünüb. Bölgədəki digər istirahət edənlərin səhhətinin yaxşı olduğu, Romanın isə hadisə yerində öldüyü açıqlanıb.
Kolumbiya səlahiyyətliləri belə hadisələrin çox tez-tez baş verdiyini və ildırım vurması nəticəsində ölənlərin nisbətinin 10% olduğunu bildirib. Rəsmi məlumatlara görə, ildırım vurma ehtimalı milyonda bir olaraq qeyd olunur.
Ayşən