Müəllim məktəb şagirdinə qarşı cinsi təcavüz edib
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Antalyada baş verib.
Orta məktəbin yuxarı sinif şagirdi olan A.A şərti adlı şəxs ailəsinə bildirib ki, həm məktəbdə müəllim işləyən, həm də ona kənarda dərs deyən ingilis dili müəllimi K.D. şərti adlı şəxs ona qarşı cinsi istismara törədib. Şagird iddia edib ki, müəllim ona qarşı bir neçə dəfə seksual hərəkətlər edib.
A.A.-nın ailəsinin şikayəti ilə K.D. polis tərəfindən saxlanılıb.
Məhkəmədə özünü müdafiə edən müəllim K.D. A.A.-ya fərdi dərslər verdiyini, ümumilikdə 5-6 dəfə evinə gəldiyini və heç vaxt cinsi əlaqədə olmadıqlarını bildirib.
Haqqında həbs qətimkan tədbiri seçilən müəllim haqda araşdırmalar davam edir.
Aydın