Dəhşətli qəza: 100-dən çox avtomobil toqquşdu

DÜNYA
17:01 05.09.2013
1132

İngiltərənin Kent şəhərində körpüdə 100-dən çox nəqliyyat vasitəsinin iştirakı ilə zəncirvari qəza baş verib. Qəza nəticəsində onlarla adamın xəsarət aldığı bildirilir. Şahidlərin sözlərinə görə, hadisə yerində 200-dən çox yaralı var, rəsmi mənbələr isə hələlik bu rəqəmi təsdiqləməyib. Yaralılardan 8-nin vəziyyəti ağır olaraq qiymətləndirilir. "Sky News" telekanalının məlumatına görə, xilasedicilər hələ də qəzaya uğramış avtomobillərdən insanları çıxardığından, ölənlərin olub-olmadığı hələ məlum deyil. Zəncirvari qəzaya səhər saatlarında müşahidə edilən qatı dumanın səbəb olduğu ehtimal edilir.//anspress

OXŞAR XƏBƏRLƏR