Dəhşətli qəza: Elektrik mişarı kişinin əlindən sürüşərək boynunu kəsdi

Dəhşətli qəza: Elektrik mişarı kişinin əlindən sürüşərək boynunu kəsdi
DÜNYA
11:52 25.12.2023
165
Ağacı budamaq istəyən adamın başına qandonduran iş gəlib.
    
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, ABŞ-ın Pittsburq şəhərində yaşayan Ceyms Valentin adlı şəxs uzun illərdən sonra yenidən gündəmə gəlib.
 
2015-ci ildə ağac budayan zaman dəhşətli qəza keçirən Valentinin başına daha bir hadisə gəlib.

Elektrik naqillərinə ilişmək üzrə olan ağacı mişarla budamaq istəyən Valentin mişarın geri təpiklənməsi ilə müvazinətini itirib.
 
Bu zaman elektrik mişarı kişinin çiynini və boynunu deşib.

Kişinin boynundan qan axarkən qonşuları və dostları işə qarışıb.
 
O, təcili olaraq xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Həkimlər əsas damarların zədələnmədiyini və əsas zədənin əzələ toxumalarında olduğunu müəyyən edərək kişini əməliyyata aparıblar.

Həmin şəxsin rentgen görüntüləri yayımlanarkən elektrik mişarının boynuna ilişdiyi görülüb. Valentinin əməliyyatdan sonra sağlamlığına qovuşduğu bildirilib.

Mikayıl
OXŞAR XƏBƏRLƏR