Türkiyənin Mersin bölgəsində baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yoldan keçərkən qəzanı görən həkim ürəyi dayanan qadını həyata qaytarmaq üçün uzun müddət ürək masajı edib.
Hadisə Mersin-Tarsus avtomobil yolunda baş verib.
Qəzada sürücü Aslan, Kübra Item, Abdullah və Yaren Erçil adlı şəxslər ağır yaralanıb.
Əldə edilən məlumata görə, Adanadan Mersin istiqamətində hərəkətdə olan Ömər Aslanın (21 yaş) idarə etdiyi 33 AVK 97 nömrə nişanlı avtomobil, sürücünün sükan idarəetməsini itirməsi nəticəsində sol zolaqdan sağ zolağa keçib və maneələrə çırpılaraq aşıb.
Avtomobildə sıxışan yaralılardan bəziləri hadisə yerinə sövq edilən xilasetmə qrupları tərəfindən çıxarılaraq təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.
Oksana