Dəhşətli qəzada ölənlərin ADLARI

Dəhşətli qəzada ölənlərin ADLARI
SOSİAL
11:07 22.05.2023
956
Qobustanda yol qəzasında ölən şəxslərin adları açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, bu gün səhər saatlarında rayonun Cəngi qəsəbəsi ərazisində "KİA” markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-cı il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib.

Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
OXŞAR XƏBƏRLƏR