DEİK sədri: Azərbaycanla Türkiyə arasında quru yollarının bərpası gündəmdədir

DEİK sədri: Azərbaycanla Türkiyə arasında quru yollarının bərpası gündəmdədir
SİYASƏT
15:43 10.04.2021
556
"Azərbaycanın Qarabağdakı zəfərindən sonra Türkiyə və Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan üzərindən dəmir yolu və quru yol vasitəsilə birbaşa bağlanması məsələsi gündəmə gəlib”.

Bunu AZXEBER.COM-a Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının (DEİK) Türkiyə-Azərbaycan İş Şurasının sədri Selçuk Akat deyib.

Onun sözlərinə görə, bunun üçün isə Naxçıvan ilə Qars arasında dəmir yolu xətti çəkilməlidir: "Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci ilin fevralında Bakıya səfəri zamanı imzaladığı 14 müqavilə arasında Naxçıvan ilə Qars arasında dəmir yolu ilə bağlı müqavilə də var idi. Bu cür yolun bərpası Naxçıvanın iqtisadiyyatını daha güclü edəcək və Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsinin artırmasına səbəb olacaq”.

S.Akat Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin əhəmiyyətinə də toxunub: "BTQ bölgədə iqtisadi inkişaf üçün Azərbaycan-Türkiyə-Gürcüstanın reallaşdırdığı strateji layihədir. Xüsusilə, pandemiya dövründə insanların gediş-gəlişinin kəskin azaldığı bir vaxtda BTQ ilə Azərbaycan-Türkiyə- Gürcüstan arasında malların hərəkəti təmin edilib. BTQ xətti ilə yüklər birbaşa Orta Asiya ölkələrinə və Çin Xalq Respublikasına Gürcüstan, Azərbaycan, Rusiya, Xəzər dənizi üzərindən keçən qatar-bərə yolu ilə nəql edilə bilir”.

Xatırladaq ki, BTQ dəmir yolu xəttinin Naxçıvan dəmir yollarına birləşdirilməsinə bu il başlanacaq. Qars-İğdır-Naxçıvan istiqamətində 230 kilometr uzunluğunda dəmir yolu xətti çəkiləcək. Bu xətt İran, Əfqanıstan və Pakistanla birləşdiriləcək.

Qeyd edək ki, BTQ 30 oktyabr 2017-ci ildə açılıb. Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
22:52 10.10.2026
SEPAH: Hörmüz boğazından icazəsiz keçən neft tankeri minaya düşüb
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
22:43 10.10.2026
Ər-Riyad hava limanı hücumlardan sonra fəaliyyətini dayandırıb
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
22:36 10.10.2026
Cüdo üzrə dünya çempionatının bayrağı Qazaxıstana təhvil verildi
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
22:27 10.10.2026
Muxtar Babayev: Türkiyənin COP31-i icraya yönəlmiş COP-a çevirmək cəhdlərini dəstəkləyirik
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
22:18 10.10.2026
Ağdaşda avtomobil traktorla toqquşdu, yaralananlar var
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
22:12 10.10.2026
“Fənərbaxça” “Rizespor”u, “Trabzonspor” isə “Samsunspor”u məğlub edib
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
22:03 10.10.2026
ABŞ Ukraynadan Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etdi
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
21:56 10.10.2026
İsrail Livanın cənubundakı hədəflərə raket zərbəsi endirdi
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
21:49 10.10.2026
"Sumqayıt" VII turda "Qəbələ"yə qalib gəlib
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
21:42 10.10.2026
Tramp: Ukraynanın yeni prezident seçmək vaxtı çatıb
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
21:32 10.10.2026
Kiyev sakinlərinə su və qida ehtiyatı toplamaq barədə xəbərdarlıq edilib
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
21:23 10.10.2026
Cəbrayılda minaya düşən ata və oğul Bakıya gətirildi - Açıqlama
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
21:17 10.10.2026
"Isaias" qasırğası ABŞ-nin cənub-şərqində tələfatlara səbəb olub
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
21:10 10.10.2026
Rusiyanın Zaporojyeyə endirdiyi zərbə nəticəsində 3-ü uşaq olmaqla 20 nəfər öldü
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
21:01 10.10.2026
Türk Dünyası Sığorta Birliyinə yeni sədr və baş katib seçilib
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib
20:52 10.10.2026
WSJ: ABŞ-nin yeni PUA-ları isti hava şəraitində sınaqdan keçməyib