Dələduzluqda təqsirləndirilən şəxs azadlığa buraxıldı

KRİMİNAL
14:28 15.11.2016
1463
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zeyqəm Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xahkişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunub. Z.Qasımova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
 
Qeyd edək ki, Z.Qasımov CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunub.

OXŞAR XƏBƏRLƏR