Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Zeyqəm Qasımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, hakim Mirzə Xahkişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə onun barəsində Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsi tətbiq olunub. Z.Qasımova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Z.Qasımov CM-nin 178.3.2-ci maddəsi ilə ittiham olunub.