“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən xəbər var

KRİMİNAL
16:40 25.04.2017
1822
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz silah saxlama və narkotik maddələrin dövriyyəsində təqsirləndirilən Samir Aslanov və hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Fikrət Əfəndiyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
 
Hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.

Prokuror çıxışında S.Aslanovun 13 il, F.Əfəndiyevin isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin növbəti prosesi aprelin 28-nə təyin edilib.

Qeyd edək ki, 2015-ci ilin martında Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü S.Aslanov və F.Əfəndiyev saxlanılıb. Həmin şəxslərdən 1 ədəd avtomat və üzərindən 10 qram heroin aşkar edilərək götürülüb.

S.Aslanov kriminal aləmdə "Dəli Samir" ləqəbi ilə tanınıb.

///report

OXŞAR XƏBƏRLƏR