Suriyanın paytaxtı Dəməşqdə Seyyide Zeynep türbəsi yaxınlığında şiddətli partlayışlar baş verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Suriya mətbuatına danışan şahidlər bölgədə İran İnqilab Keşikçiləri Korpusuna aid bir nöqtənin hədəf alındığını bildiriblər.
Qeyd edək ki, İordaniya-Suriya sərhədindəki ABŞ hərbi bazasını hədəf alan hücum bölgədə gərginliyi artırıb və ABŞ İranı günahlandırıb.
Tehran hücumda hər hansı əli olduğunu təkzib edib.
Mikayıl