Hollivudun məşhur aktrisası Demi Mur və Aşton Kutçer cütlüyü ayrıldıqdan sonra da gündəmdən düşmürlər.
AZXEBER.COM-un Qərb mətbuatına istinadən verdiyi məlumata görə, həddindən artıq arıqlayan və buna görə keçən həftə yenidən xəstəxanaya yerləşdirilən Moore intiqam almanın yolunu tapıb.
Moore məşhur nəşriyyat evi HarperCollins ilə 2 milyon dollara razılaşıb və bildirib ki, Kutçerlə münasibətləri haqda kitab yazacaq. Moore bildirib ki, yazacağı kitabda Kutçerlə seks partilərinə qatıldıqlarına və qrup sekslə məşğul olmalarına yer ayıracaq.
Qeyd edək ki, aralarındakı yaş fərqinə baxmayaraq Demi Moore və Ashton Kutcher Hollivudun nümunəvi cütlüklərindən hesab olunurdular.Ozal İbrahimli