"Dəmir qanadlı” şəhidin övladları DSMF direktoru ilə bir gün keçirdi

"Dəmir qanadlı” şəhidin övladları DSMF direktoru ilə bir gün keçirdi
SOSİAL
15:58 07.10.2021
274
Azərbaycan Televiziyası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə layihəsi olan "Tut əlimdən”in budəfəki qonağı Dövlət Sosial Müdafiə Fondunun direktoru Himalay Məmişov olub.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZXEBER.COM-a verilən məlumata görə, H.Məmişov İkinci Qarabağ müharibəsi şəhidi, "Dəmir qanadlı” ləqəbli pilot Ramiz Qasımovun övladları ilə bir gün keçirib.

Şəhidimizin Gülanə və Gülay adında iki qızı, Vaqif adında oğlu var.

DSMF direktoru bildirib ki, layihənin hər buraxılışda bir məmur şəhid övladları ilə vaxt keçirir, onların qayğıları ilə maraqlanır: "Uşaqlarla keçirdiyim gündən çox xoş təəssürat aldım. İnanıram ki, onlar da mənimlə keçirdikləri gündən zövq alıblar”.

"Tut əlimdən” bu gün – oktyabrın 7-si saat 18:30-da AzTV-də yayımlanacaq.

Qeyd edək ki, layihənin məqsədi şəhid əmanətlərinin (gələcəkdə digər həssas əhali qruplarından olan azyaşlıların) daim diqqət və qayğı əhatəsində olduqlarını, bundan sonra da daim dövlətin, ümumilikdə isə cəmiyyətin dəstəyini yaxından hiss edəcəklərini vacib mesaj olaraq çatdırmaqdır.

Layihənin hər bölümündə vəzifəli yaxud ictimaiyyət tərəfindən tanınan hər hansı şəxs bir gününü şəhid övladları (7-14 yaş) ilə keçirəcək, uşaqların qayğılarını bölüşəcək, onların asudə vaxtının faydalı keçməsinə dəstək olacaq.

"Tut əlimdən” layihəsinin ilk buraxılışı sentyabrın 30-u yayımlanıb.

Layihənin növbəti qonağı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova olacaq.

Vətən naminə canını fəda etmiş igidlərimizin uşaqlarına "Tut əlimdən” deyərək daim onların yanında olduğumuzu bir daha göstərək!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antalyada zəncirvari qəza: 26 yaralı
12:52 01.07.2025
Antalyada zəncirvari qəza: 26 yaralı
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
12:48 01.07.2025
Azərbaycanla Özbəkistan arasında bir sıra sənədlər imzalandı
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
12:35 01.07.2025
Turizm Agentliyi daxili turizmin təbliği və təşviqi üçün media turların təşkilindən imtina etdi – 1 milyonluq layihə
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
12:26 01.07.2025
Qırğız Respublikasında Azərbaycan-Qırğızıstan Gənclərinin Düşərgəsi Təşkil Olunub – FOTOLAR
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
12:17 01.07.2025
Sabah güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
12:05 01.07.2025
"Öldürülən Ziyəddin Səfərovun qabırğalarından birini tapa bilmədik"
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
12:01 01.07.2025
İsrailin Qəzzaya hücumu nəticəsində 10 fələstinli həlak olub
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
11:50 01.07.2025
“Birmarket” - “Bir” rəqəmsal ekosisteminin e-ticarət platformasıdır
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
11:41 01.07.2025
Ziyəddin və Hüseyn Səfərovlar dəfn edilib
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
11:31 01.07.2025
Müdafiə Nazirliyindən XƏBƏRDARLIQ
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
11:30 01.07.2025
Etirazlar nəticə vermədi: "Azercell"in kəskin qiymət artımı ilə bağlı dəyişikliyi qüvvəyə mindi
Danışmağı ən çox sevən 4 BÜRC
11:27 01.07.2025
Danışmağı ən çox sevən 4 BÜRC
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
11:24 01.07.2025
“Taksi sürücüsünün ixtiyarı yoxdur istədiyi mahnıya qulaq assın” - Əməkdar artist
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
11:24 01.07.2025
Prezident İlham Əliyev Ruandanın dövlət başçısını təbrik edib
Vüsalə Səid vəzifəsindən ayrıldı
11:22 01.07.2025
Vüsalə Səid vəzifəsindən ayrıldı
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi
11:21 01.07.2025
Rusiyalı müğənni keçmiş ərinin axtarışı üçün Fransa polisinə müraciət etdi