Dəmir qanın laxtalanmasına necə təsir edir? - SAĞLAMLIQ

SAĞLAMLIQ
00:12 22.12.2011
20885

Thorax jurnalında çap olunan araşdırmaya əsasən qanda dəmirin miqdarının az olması damarlarda qanın laxtalanma riskini xeyli artırır. Onlar belə qərara gəliblər ki, irsi damar xəstəliklərini zamanı qanda dəmirin miqdarını artırmaq xəstəliyin müalicəsinə əhəmiyyətli təsir edə bilər.

Böyük Britaniyada hər 1000 nəfərdən biri dərin venaların trombozu xəstəliyindən əziyyət çəkir. Bu xəstəlik ayaqlarda ağrı və şişkinlik ilə xarakterizə olunur. Tromb həmin venalardan qoparaq qan dövranına düşdükdə ölümlə nəticələnən ağciyər arteriyalarının tromboemboliyası baş verir.

London İmperial Kollecin bir qrup alimləri qanın yeni laxtalanma risk faktorlarını öyrənmək üçün irsi hemorragik telangiekteziya xəstələrini müayinə etmişlər. Bu xəstəlik qan damarlarının irsi xəstəliyidir və burundan, bağırsaqdan qanın axmasıyla müşahidə olunur.

“İndiyə kimi əksər laxtalanma səbəbləri qaranlıqdır” – deyənDr Klara Şovlin(Claire Shovlin) telangiekteziyalı xəstələrdə qanın laxtalanmasının öyrənilməsinin ümumi populyasiya üçün də keçərli olacağı fikrindədir.

Dr Şovlin və onun komandası 1999-2011 illərdə 609 xəstənin müayinəsi zamanı əksər xəstələrin qanında dəmirin səviyyəsinin az olduğunu müşahidə etmişlər. Dəmirin qanda azlığının əsas səbəbi uzun müddət ərzində xəstələrin az miqdarda daxili qanaxma ilə qan itirməsi olub. Mütəxəssislər belə qərara gəliblər ki, dəmirin azlığı qan laxtalarının əmələ gəlməsinə səbəb olur. Dəmir preparatları qəbul edən xəstələrdə bu risk az olmuşdur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb