Dəmir Yolu Vağzalında bomba həyəcanı - İnsanlar təxliyə olunur

Dəmir Yolu Vağzalında bomba həyəcanı - İnsanlar təxliyə olunur
SOSİAL
13:44 21.12.2017
1669
Bakı Dəmir Yolu Vağzalına bomba yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə Teleqraf.com-un əməkdaşına ərazidəki polislərdən biri məlumat verib.

Bildirilib ki, Bakı Dəmir Yolu Vağzalı və ərazidə yerləşən ticarət mərkəzlərindəki insanlar təxliyyə olunublar.

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova baş verən hadisəni təsdiq edib: "Hazırda hadisə yerinə gedirik. Kimsə vağzala bomba qoyulması ilə bağlı xəbər yayıb. Məsələ araşdırılır".

OXŞAR XƏBƏRLƏR