""Dəmir yumruq" hazır vəziyyətdədir"

""Dəmir yumruq" hazır vəziyyətdədir"
SOSİAL
10:05 01.10.2021
896
Ermənistan artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında təcavüzkar siyasət həyata keçirir. XX əsrin 80-ci illərinin sonunda ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə "Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər.
 
Cənubi Qafqazın siyasi simasını və geosiyasi mozaikasını əsaslı şəkildə dəyişən 44 günlük müharibə Azərbaycanın uzun illərdən bəri məqsədyönlü şəkildə davam etdirdiyi diplomatik, hərbi və siyasi tədbirlərin və hazırlığın nəticəsi idi.
Məlum olduğu kimi, müharibə dövründə düzgün informasiya siyasəti böyük əhəmiyyətə malikdir.
Möhtərəm  Prezidentimiz cənab  İlham Əliyevin rəhbərliyi altında müharibə dövrü üçün müəyyənləşdirilən və həyata keçirilən siyasət həm hərb meydanında, həm də informasiya cəbhəsindəki üstünlüklərimizi təmin etdi. Daxili auditoriya mərkəzləşmiş qaydada hərbi informasiya mərkəzindən döyüşlərin gedişi və cəbhədə qazandığımız uğurlarla bağlı operativ məlumat verilir, dünyanın ən məşhur televiziya kanalları olan "CNN", "Əl-Cəzirə", "Euronews", "CNN-Türk", "Rossiya1", Türkiyənin "TRT Haber", Rusiyanın Birinci kanalına, eləcə də Avropa və Asiya ölkələrinin məşhur kanallarına verilən informasiyalarda Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti və uzun illərdən bəri işğal altında olan torpaqlarımızda törədilən vandalizm aktları, tarixi mədəniyyət abidələrinin məhv edilməsi, həmin ərazilərdə qeyri-qanuni köçürlümə siyasətinin həyata keçirilməsi, 27 sentyabrdan başlayaraq isə Ermənistanın mülki əhalimizə qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlaması konkret fakt və sənədlərlə dünya birliyinin diqqətinə çatdırılırdı.
Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi olmadığını dövlətimizin başçısı hər zaman vurğulayır:  "Münaqişə öz həllini tapıb və hesab edirəm ki, bu məsələyə qayıtmaq əbəsdir. Hər halda müharibədən sonra keçən dövr ərzində bunu göstərdik. Birincisi, əgər kimsə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayıb, bu, onun öz problemidir. İkincisi, bu, çox təhlükəli yanaşmadır. Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.
Münaqişənin həll olunmaması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Minsk qrupunun həmsədrləri 28 il sürən mənasız danışıqlarda Azərbaycanın mövqeyindən çox yaxşı xəbərdardırlar. Azərbaycanda yaşayan ermənilərə müəyyən səviyyədə özünüidarəetmə təqdim etməyə hazır idik. Ermənilər hər zaman bunu rədd edirdilər. Onlar hər zaman "yox” deyirdilər – yalnız müstəqillik. İndi isə münaqişə başa çatdığından, onlar muxtariyyət haqqında danışırlar.
 
Azərbaycan erməni hərbi əsirlərin saxlanılması ilə bağlı "Human Rights Watch”un ittihamlarını rədd edir. Müharibə zamanı əsir götürülmüş bütün hərbi əsirlər Ermənistana qaytarılıb. Ermənistan hökuməti bunu təsdiq edə bilər. Biz onları, hətta onlar bizim hərbi əsirləri qaytarmazdan əvvəl qaytardıq. QHT-lərin istinad etdiyi şəxslərə gəldikdə, onlar müharibə başa çatdıqdan və noyabr Bəyannaməsi imzalandıqdan iki həftə sonra Ermənistanın hərbi komandirləri tərəfindən bizim mövqelərə doğru göndərilmişdilər və beləliklə, dörd azərbaycanlı hərbçini qətlə yetirərək cinayət törətmişlər. Onlar zərərsizləşdirildi və həbs olundular. Cinayətdə iştirakı olmayanların çoxu artıq qaytarılıb. Cinayət törədənlərə isə məhkəmələr tərəfindən cəza müəyyən edilib.
Sössüz ki, Azərbaycan hər zəman sülh tərəfdarı olmuş bir ölkə olaraq təhlükəsizliyin və sabitliyin tərəfdarıdır. Ölkə başçımızın da müsahibə zamanı qeyd etdiyi kimi "Fransa dünyada aparıcı dövlətlərdən biridir və biz normal münasibətlərin olmasını istəyirik. Fransa regionda sülhü, sabitliyi, təhlükəsizliyi arzulayır. Biz də bunu istəyirik. Odur ki, bir il əvvəl baş verənlərə qayıtmalı deyilik."

Naftalan şəhər sakini Faiq Rüstəmov

OXŞAR XƏBƏRLƏR