“Dəmir Yumruq” zəfər baletinin premyerası keçiriləcək

MƏDƏNİYYƏT
14:13 13.06.2022
777
"Şuşa ili”nə həsr olunmuş ilk balet tamaşası olan "Dəmir Yumruq” zəfər baletinin premyerası həyata keçiriləcək.

AZXEBER.COM xəbər verir ki, şanlı ordumuzun 44 gündə yazdığı qəhrəmanlıq salnaməsinin kulminasiyası, Şuşa zəfərini tərənnüm edən balet tamaşasında hadisələr simvolik olaraq məhz 44 dəqiqə  çərçivəsində cərəyan edir.
 
"Dəmir Yumruq” baleti I pərdəli olub, əməkdar artist Yuri Lobaçevin librettosu əsasında yazılmışdır. Baletin bəstəkarı, Azərbaycan Bəstəkarlar İttifaqının "Gənclərlə iş” bölməsinin rəhbəri, Bakı Musiqi Akademiyasının doktorantı və  elmi tədqiqat mərkəzinin əməkdaşı İlahə Qismət, baletmeysterleri isə əməkdar artistlər Yuri Lobaçev və Ceyhun Qubadovdur.
 
Əsər Bakı Xoreoqrafiya Akademiyasının məzunlarının təqdimatında diplom işi  olaraq səhnələşdiriləcək. 

Premyera 14 iyun 2022 saat 19.00da Bakı Musiqi Akademiyasının nəzdində Opera Studiyasının konsert salonunda baş tutacaq. 

OXŞAR XƏBƏRLƏR