Dəmirbank-ın müflis olma ehtimalı var

TOP4
12:15 11.11.2016
2129

 

 
Bank bu il idarə heyətində müəyyən dəyişikliklər etsə də mövcud problemlərin həlli istiqamətində ciddi irəliləyişlər əldə edə bilməyib. Fins.az xəbər verir ki, tərkibində üç nüfuzlu xarici müşahidəçi olan Dəmirbankdakı ümumi vəziyyəti ekspertlər də "bərbad” qiymətləndirirlər.

Əkrəm Həsənov fins.az-a açıqlamasında qeyd etdi ki, bankın müflisolma ehtimalı yüksəkdir: "Bu onu göstərir ki, bankın problemləri böyükdür və öz öhdəliklərini icra edə bilmir”. Ekspert hesab edir ki, bu halda Dəmirbank-ın səhmdarları tez bir zamanda əlavə kapital qoyuluşunu reallaşdırmalıdırlar. Bu mümkün deyilsə, banka əlavə səhmdar cəlbi məsələsinə baxılmalıdır. Və yaxud da müşahidə olunduğu kimi hazırda banklar səhm buraxılışı edərək, kapitalını artırmağa çalışırlar.
Qeyd edək ki, DəmirBank 2004-cü ildə Fitch beynəlxalq reytinq agentliyi ilə əməkdaşlıq edir və ölkədə beynəlxalq reytinq alan ilk özəl bank olub. DəmirBank Fitch Ratings agentliyinin "stabil", Planet Rating agentliyinin isə "pozitiv” proqnozlu "B” reytinqlərinə malik idi. Bu reytinqlər isə bankın səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bakı kimi nüfuzlu maliyyə qurumunun daxil olmasından sonra daha da möhkəmlənmişdi.

Hazırda bankın Müşahidə Şurasının Sədri və təsisçisi Rəhman Hacıyevdir. Müşahidə Şurasının üzvlərindən üçü isə xaricidir. Onların arasında polyak əsilli Andrej Witak, hazırda Dünya Bankı Qrupunda (İFC) təmsil olunan Ferdinand Tuinstra, Çeyz Manhetten, AYİB kimi böyük maliyyə təşkilatlarında yüksək vəzifələrdə çalışmış Kurt Qeiqer də var.

Xatırladaq ki, Dəmirbank 1989-cu ildə yaranan ölkənin ilk banklarından biridir. Azərdəmiryolbank adı ilə fəaliyyət göstərib və sonradan rebrendinq edərək "Dəmirbank” olub. Bankın səhmdarları sırasına 2005-ci ildən "25%+1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 2007-ci ildən 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir. Bu beynəlxalq maliyyə təşkilatları "35% + 1 səhm” paketi ilə Bankın Müşahidə Şurasında təmsil olunur və strateji qərarların qəbulunda iştirak edirlər.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

20:02 12.02.2025

Prezidentin yüksək vəzifə verdiyi Elnur Bağırov kimdir?

19:54 12.02.2025

NATO Baş katibi: Ukraynanın Alyansa üzvlüyünün müzakirəsi hələ tezdir

19:41 12.02.2025

Görənləri bihuş edən, 30 il gözü kölgəli qalan Zəngilan - Mikayıl Mirzəzadə yazır

19:40 12.02.2025

Suriyada yeni hökumət martın 1-də qurulacaq

19:36 12.02.2025

Prezident Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə sədr təyin etdi

19:29 12.02.2025

Almaniya ölkənin bütün quru sərhədlərində nəzarəti daha altı ay uzadıb

19:18 12.02.2025

Azərbaycan klubunun həkimi 5 oyunluq cəzalandırılıb

19:06 12.02.2025

“Barselona” Levandovski ilə müqavilə müddətini uzadacaq

18:52 12.02.2025

Rusiya PUA istehsal edən Ukrayna müəssisələrinə raket zərbəsi endirib

18:39 12.02.2025

İran Trampın təzyiqinə görə ABŞ ilə danışıqlardan imtina edib

18:26 12.02.2025

Ermənistan hərbçiləri ABŞ-də hərbi təlimlərdə iştirak edir

17:54 12.02.2025

Əfv Məsələləri Komissiyasının ilk iclası keçirilib, 100-dən çox müraciətə baxılıb

17:38 12.02.2025

Sumqayıt Dövlət Universitetinə yeni rektor əvəzi təyin olundu - RƏSMİ

17:37 12.02.2025

Polşada ən çox bu ölkələrin vətəndaşları cinayət törədib: Gürcüstan, Ukrayna, Belarus

17:32 12.02.2025

"Azərbaycan bizim ölkəyə Afrika bazarlarının qapısı kimi baxa bilər"

17:23 12.02.2025

“Yapı Kredi Bank” Azərbaycanda müştərilərin ən çox şikayət etdiyi bank oldu - SİYAHI