"Dəmirbanka təcrübəli yox, daydaylı işçi lazımdır" - ŞİKAYƏT

"Dəmirbanka təcrübəli yox, daydaylı işçi lazımdır" - ŞİKAYƏT
İQTİSADİYYAT
18:43 24.03.2015
5690

Məlumdur ki, bir çox ali təhsilli gənclər müxtəlif banklardakı vakansiyaları nəzərə alaraq, işlə bağlı müraciət edirlər. Ancaq onların bu baş vuruları nə nəticə verir? Həqiqətənmi bu vakansiyalar düzgün şəkildə təbliğ olunurmu? Belə ki, “Dəmir Bank”da “xəzinədar” vakansiyası üçün müraciət edən oxucularımızdan biri, onu səbəbsiz yerə, nəticələrinin ləğv edildiyini bildirib. AZXEBER.COM-a daxil olan məktubda oxucumuz bu sözləri yazıb: “İmtahan 2 mərhələdən ibarətdir dedilər. Birinci yazılı imtahan, ikinci isə müsahibə. Yazılı imtahandan uğurla keçdim. Növbəti mərhələ üçün məni çağırdılar. Müsahibə müxtəlif suallar ünvanladılar. Yazılı imtahan zamanı kalkulyatordan istifadə etmək qadağan idi. Ancaq verilən 2 məsələdə kalkulyatora ehtiyac var idi. Mən özüm kağız üzərində bu hesablamanı apardım və cavabı bilərkdən qeyd etmədim. Çünki, kalkulyator qadağan edilsə də, imtahana gələn bir çox insan istifadə edirdi. Hara baxırdı nəzarətçilər? Bu sözləri onlara dedikdə, sözləri olmadığı üçün, biz də sizi yoxlayırdıq görək kalkulyatordan istifadə edəcəksiz. ya yox dedilər. İkinci mərhələdə də müsahibə zamanı mənə ünvanlanan suallara lazımı cavabları verdim. Sonda yaxın zamanlarda sizinlə əlaqə saxlayacağıq dedilər. Bir neçə gün sonra mənimlə əlaqə saxlayaraq “keçməmisiniz” dedi. Səbəbini isə dəfələrlə soruşduqda mövzudan yayındılar. Nə üçün keçməmişəm dedikdə? – bizə təcrübəsiz adam lazımdır dedilər. Mən başa düşmürəm, vakansiya üçün müraciət etdiyim CV-də qeyd olunmamışdı, mən təcrübəliyəm ya təcrübəsiz? Bu suallarıma da cavab tapa bilmədim. Bir sözlə sonda başa düşdüm ki, onlara bele desək “dayday”lı adam lazımdır”. Oxucumuzun yazdığı məktubdan başa düşülür ki, bu vakansiyalar yalnız göz örtmək məqsədi daşıyır. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rüstəm

OXŞAR XƏBƏRLƏR