Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO

Dəmirçi-Lahıc avtomobil yolu bağlanıb: Son vəziyyət necədir? - VİDEO
SOSİAL
00:26 01.03.2026
71
Şamaxı və İsmayıllı rayonlarını əlaqələndirən Dəmirçi-Lahıc avtomobil yolunun 11-ci kilometrliyində baş verən sürüşmə nəticəsində asfalt örtüyü tamamilə yararsız vəziyyətə düşüb. Hadisə ilə əlaqədar sözügedən istiqamətdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.

AZXEBER.COM Baku TV-yə istinadən xəbər verir ki, yerli sakinlər ərazinin dağlıq və uçquna meyilli zona olduğunu bildirirlər.

Sakinlərdən birinin sözlərinə görə, əvvəllər baş verən uçqunlar operativ şəkildə bərpa olunsa da, hazırkı vəziyyət olduqca çətindir. Hazırda nə Şamaxı, nə də Lahıc istiqamətindən hərəkət etmək mümkündür, yola üz tutan sürücülər uçqun səbəbindən geri qayıtmalı olurlar.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) verilən məlumata görə, 27, 28 və 29 mart tarixlərində yağan intensiv leysan yağışları nəticəsində Dəmirçi-Lahıc avtomobil yoluna ciddi ziyan dəyib və ərazidəki sürüşmə prosesi aktivləşib. Yolun 11-ci kilometrliyində uzunluğu 40 metr, eni isə 30 metr olan sürüşmə sahəsi yaranıb. Sürüşmənin dərə istiqamətinə doğru uzunluğu təxminən 80-100 metr təşkil edir.
Sürüşmə nəticəsində yolun hərəkət hissəsi çiyinlərlə birlikdə təxminən 2-5 metr dərinliyində çöküb.

Agentlikdən bildirilib ki, hazırda yolda nəqliyyatın hərəkəti mümkünsüz olduğu üçün yol bağlanıb. Yaxın günlərdə sürüşmə prosesi dayandıqdan sonra əraziyə ağır texnika və işçi qüvvəsi cəlb olunaraq bərpa işlərinə başlanılacaq. Sürücülərdən xahiş olunur ki, işlər yekunlaşana qədər müvəqqəti olaraq həmin istiqamətdə səfərə çıxmasınlar.

Qeyd edək ki, Dəmirçi-Lahıc avtomobil yolunun ümumi uzunluğu 16 kilometrdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
19:40 17.09.2026
ABŞ ordusunda xidmət edən azərbaycanlı gənc intihar etdi
4 gün iş olmayacaq
19:10 17.09.2026
4 gün iş olmayacaq
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
18:47 17.09.2026
İranda vurulan ABŞ-ın MQ-9 PUA-larının sayı 53-ə çatıb
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
18:35 17.09.2026
"Trabzonspor"a yeni baş məşqçi təyin olunub
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
18:23 17.09.2026
Şoyqu: Moskva-Bakı münasibətlərindəki böhran həll olunub
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
17:54 17.09.2026
TDT-nin yeni strateji xətti: Təhlükəsizlikdən strateji tərəfdaşlığa
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
17:51 17.09.2026
İsmayıllı rayonunda Dövlət Proqramının icrası ilə bağlı tədbir keçirildi - FOTOLAR
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
17:43 17.09.2026
Motosiklet və moped oğurlayan bir qrup yeniyetmə saxlanıldı
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
17:34 17.09.2026
ADNSU-nun PR rəhbəri beynəlxalq “Stevie” mükafatının finalçısı oldu
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
17:29 17.09.2026
Goranboyda 22 yaşlı gənc oğlanın meyiti tapıldı
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
17:20 17.09.2026
"BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq"
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
17:14 17.09.2026
Prezident Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış oldu - FOTOLAR
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
17:03 17.09.2026
Qəhvə qoxusunun beyinə təsiri: Cəmi 5 dəqiqə kifayətdir
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
16:55 17.09.2026
Tanınmış bloger “Əshabi-Kəhf” paylaşımına görə üzr İstədi - FOTO
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
16:37 17.09.2026
"Türkiyə-Azərbaycan kimi bir-birinə bu qədər bağlı olan ikinci ölkə tapmaq mümkün deyil"
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"
16:32 17.09.2026
"Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir"