Ukraynanın Kramatorsk dəmiryolu vağzalına raket hücumu nəticəsində ölənlərin sayı 39-a çatıb, Onlardan 35-i böyük və 4 uşaqdır".
AZXEBER.COM xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsi Artem Dextyarenko məlumat verib.
Xatırladaq ki, aprelin 8-də ruslar Kramatorsk dəmiryolu stansiyasına zərbələr endiriblər. Hadisə yerində olan polis və xilasedicilər onlarla ölü və yaralı olduğunu bildirib.
Raket hücumu zamanı stansiyada minlərlə insan olub, çünki Donetsk vilayətinin sakinləri Ukraynanın daha təhlükəsiz bölgələrinə təxliyə olunur.