Dəmiryolunda gediş haqları 20 faiz artırılır

Dəmiryolunda gediş haqları 20 faiz artırılır
SOSİAL
15:18 04.07.2017
2923
Azərbaycanda ölkədaxili sərnişin və sürət qatarlarında qiymətlər fərqli olacaq.
 
"Azərbaycan Dəmir Yolları” QSC-dan verilən məlumata görə, sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək məqsədi ilə, gediş haqlarının tənzimlənməsi üçün iyulun 15-dən etibarən ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq ediləcək.
 
APA-nın xəbərinə görə, ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalının tətbiqi qiymətlərin 20% artırılması deməkdir. 
 
///Lent.az
OXŞAR XƏBƏRLƏR