‘Demokratiya’ mitinqini şou adlandıran Silanın Bakı konserti təxirə salındı

‘Demokratiya’ mitinqini şou adlandıran Silanın Bakı konserti təxirə salındı
MAQAZİN
16:44 09.09.2016
1508
Avqustun 7-də Yenikapıda təşkil edilən “Demokratiya və Şəhidlər” mitinqini “şou” adlandıran müğənni Sılanın Bakı konsertinin təxirə salınması barədə xəbərlər yayılıb.
AZXEBER.COM xəbər verir ki, buna səbəb Heydər Əliyev Sarayında dekabrın 3-də baş tutacaq konsert üçün sosial şəbəkədə yaradılan “event”in silinməsi olub.
Respublika Sarayından isə bildirilib ki, konsert qeyri-müəyyən vaxta qədər təxirə salınıb. 
Qeyd edək ki, Sılanın sentyabrın 21-də və 22-də İstanbulda, 28-də isə Bursada keçirilməsi planlaşdırılan konserti "Yenikapı" mitinqinə dair verdiyi açıqlamasına görə ləğv edilib.
OXŞAR XƏBƏRLƏR